“Qarabağ” qapıçısını icarəyə göndərdi

qarabag-qapicisini-icareye-gonderdi
Oxunma sayı: 2452

“Qarabağ” qapıçı Amin Ramazanovu icarəyə verib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu 22 yaşlı qolkiperi “Zaqatala”ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

U-21 millimizin üzvü 6 ay müddətində bölgə təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Amin Ramazanov 2021-ci ildə “Lokomotiv”in (Moskva) akademiyasından “Qarabağ”a keçib.