46 yaşlı kişi Qarabağ suvarma kanalında batdı - Axtarılır+Video

46-yasli-kisi-qarabag-suvarma-kanalinda-batdi
Oxunma sayı: 352

Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Avşar kəndindən keçən hissəsində​ bir nəfər batıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hazırda 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.