“Qarabağ” xəyalı gerçək etdi

qarabag-xeyali-gercek-etdi
Oxunma sayı: 1052

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu Avropanın 32 ən yaxşı komandasınran biri oldu.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşdı.
 
Matç “Kopenhagen”-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Lakin iki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına “Qarabağ” növbəti mərhələyə keçə bildi. Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu oldu.
 
“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Santander, 45, Pavloviç, 66 - Dino, 63