Qarabağda erməni hərbçi həbs edildi

qarabagda-ermeni-herbci-hebs-edildi
Oxunma sayı: 1276

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 19 yaşlı erməni əsgərin ölümünə görə bir nəfər saxlanılıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs sıravi K.A.-dır.

Xatırladaq ki, noyabrın 4-də Qarabağdakı erməni hərbi hissədə əsgər Erik Arutyunyan çənə nahiyyəsindən güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi açılıb.