“Qarabağ”da ciddi itki - Yenilənib

qarabagda-ciddi-itki
Oxunma sayı: 3297

“Qarabağ”ın futbolçusu Joni Montiel zədələnib.

“Qafqazinfo” xəbər verir ki, o, 1-ci turdan təxirə salınmış “Sabah”la matçın 26-cı dəqiqəsində sıradan çıxıb. 

Montieli Marko Yankoviç əvəzləyib.

Qeyd edək ki, hazırda davam edən matçda hesab 1:0 “Qarabağ”ın xeyrinədir.

***

Qurban Qurbanovun komandası görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.

“Sabah” – “Qarabağ” - 2:1 (İkinci hissə)

Qol: Leandro Andrade, 9 (0:1), Coy Lens Mikels , 52 (1:1), Aron Maluda, 88 (2:1)