“Qarabağ”ın legioneri üçün mövsüm erkən bitdi

qarabagin-legioneri-ucun-movsum-erken-bitdi
Oxunma sayı: 1915

Premyer Liqanın 23-cü turunda “Səbail”lə matçın ilk hissəsində zədələnərək, əvəzlənən “Qarabağ” klubunun futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Bildirilib ki, xorvatiyalı futbolçu bu gün həkim müayinəsindən keçib. Müayinədə Filip Ozobiçin sol incik sümüyünün yuxarı 1/3 hissəsinin yerini dəyişməyən sınığı aşkarlanıb.

Bununla yanaşı, əzələ toxumalarının həmin nahiyədə əzniyi və əzələarası hematoma müəyyən edilib.

Bu səbəbdən Filip Ozobiçin mövsümün sonuna qədər oynamayacağı dəqiqləşib.