“Qarabağ”ın oyunu ilk dəfə Laçın kinoteatrında

qarabagin-oyunu-ilk-defe-lacin-kinoteatrinda
Oxunma sayı: 1760

“Qarabağ”ın oyunu azad olunan Laçın şəhərində kinoteatrda yayımlanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda şəhərdə yerləşdirilən elanlarda bildirilib. Noyabrın 30-da Avropa Liqasının “Molde” (Norveç) - “Qarabağ” (Azərbaycan) matçı “Laçıncinema” kinoteatrında nümayiş etdiriləcək. 

Qeyd edək ki, “Qarabağ”ın oyunu ilk dəfədir Laçında kinoteatrda nümayiş etdiriləcək.

Xatırladaq ki, “Mölde” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Giriş pulsuz olacaq.