“Qarabağ”ın rəqibləri məlum oldu

qarabagin-reqibleri-melum-oldu
Oxunma sayı: 2210

Fransanın Monako şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tarixdə ilk dəfə bu mərhələdə çıxış edəcək Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri məlum olub.

C qrupunda mübarizə aparacaq “Qarabağ”ın rəqibləri “Çelsi”, “Atletiko” və “Roma” klubları olub.

Qeyd edək ki, qrup oyunlarının ilk turu 12-13 sentyabr tarixlərində keçiriləcək.

Qruplar aşağıdakı kimi müəyyənləşib: