“Qarabağ”ın rəqiblərini tanıyaq

qarabagin-reqiblerini-taniyaq
Oxunma sayı: 2236


 “Qafqazinfo” xəbər verir ki,  F qrupunda qərarlaşan “Qarabağ” İtaliyanın “İnter”, Fransanın “Sent Etyen” və Ukraynanın “Dnepr” klubları ilə mübarizə aparacaq.  Təmsilçimizin rəqiblərinə qısaca nəzər yetirək.

Sözsüz ki, qrupun ən güclüsü və favoriti İtaliyanın “İnter” klubu sayılır. 18 qat  İtaliya çempionu olan “İnter” tarixi ərzində 3 dəfə (1963-64,1964-1965,2009-10) Çempionlar Liqası qalibi, 3 dəfə də(1990–91, 1993–94, 1997–98)  Avro Liqanın qalibi olub. Ötən mövsüm İtaliya “A seriya”sını 5-ci yerdə tamamlayan “İnter” turnirin ən iddialı komandaları sırasında gedir.


Digər rəqib isə əsası 1919-cu ildə qoyulan Fransanın “Sent Etyen” klubudur. “Sent Etyen” Avro Liqanın play-off mərhələsində Türkiyənin “Karabükspor” klubunu penaltilər seriyasında 4-3 hesabı ilə məğlub etməklə Avro Liqanın qrup mərhələsinə vəsiqə əldə edib. “Qarabağ”ın güclü rəqiblərindən olan “Sent Etyen” 3 turu geridə qalan Fransa çempionatında 7 xalla ikinci sırada gedir. Klub tarixi ərzində 10 dəfə ölkə çempionu 3 dəfə ikinci yerin sahibi olub. Bununla yanaşı, “Sent Etyen” 6 dəfə Fransa kubokunu başı üzərinə qaldıra bilib. 


“Qarabağ”ın qrup mərhələsində sonuncu 3-cü rəqibi isə Ukraynanın ən köklü klublarından olan “Dnepr” klubudur. Klubun əsası 1918-ci ildə qoyulub. Ukrayna çempionatında əsasən ikinci və üçüncü yerlərlə kifayətlənən “Dnepr” Avro kuboklarda kifayət qədər yaxşı təsir bağışlayır. 1993-1994 –cü il mövsümündə “Dnepr” Avro Liqanın (UEFA kuboku)1/16 final mərhələsinə qədər irəliləyə bilib. Bundan sonra 2001-02,2003-04,2004-05,2005-2006-ci illər mövsümündə də Avro Liqada mübarizə aparıb  Son iki mövsümdə Avro Liqada uğurluu çıxış edən komanda 1/16 final mərhələsinə kimi irəliləyib.


İqbal