“Qarabağ”la “Neftçi” səfərdə, “Zirə” evdə qələbə qazandı - Video

qarabagla-neftci-seferde-zire-evde-qelebe-qazandi
Oxunma sayı: 992

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib. "Qafqazinfo" xəbər verir ki, günün ilk qarşılaşmasında “Zirə” “Qəbələ”ni qəbul edib.

Bakılıların 2:0 hesabı ilə qalib gəldiyi görüşdə ilk qolu “Qarabağ”dan icarə əsasında “Zirə”yə keçən Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub. “Zirə”nin ikinci qoluna isə Davit Volkov imza atıb.

Günün ikinci qarşılaşmasında isə “Səbail” “Neftçi”ni qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son matçında “Sabah” öz meydanında “Qarabağ”a uduzub - 1:2.

Tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
14-cü tur
21 yanvar

Zirə – Qəbələ 2:0
Qol: M.Qurbanlı, 45+1. D.Volkov, 90+3.
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov.
Zirə İdman Kompleksinin stadionu. Saat 16:00.

Səbail – Neftçi 1:3
Qol: Ə.İsmayılov, 28-pen – S.Buqrin, 45; 90. E.Mahmudov, 50.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov.
ASCO Arena. Saat 16:00.

Sabah – Qarabağ 1:2
Qol: K.Kubemba, 60 – R.Məmmədov, 8. M.Emreli, 73.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov.
Bank Respublika Arena. Saat 18:00.