“Qarabağ”la oyun çox vacibdir” - Qranit Caka

qarabagla-oyun-cox-vacibdir
Oxunma sayı: 2060

“Qarabağ”la cavab oyunu bizim üçün vacib mərhələdir” .

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bayer”in futbolçusu Qranit Caka Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu haqqında danışarkən deyib.

O, bildirib ki, klubu həlledici həftə gözləyir: “İndi ən vacib mərhələdir, hər matç finaldır. Uduzsan, kənarda qalacaqsan. Xüsusilə Avropa Liqası və Kubokda, həmçinin Bundesliqada. Önümüzdəki matç bizim üçün həlledici olacaq”.

Qeyd edək ki, tərəflər arasında Bakıda keçirilən ilk oyun 2:2-lik bərabərliklə bitib.