Qardaşı uşaqlarını baltalayan əmi nədən ölüb? - Rəsmi açıqlama-Yenilənib

qardasi-usaqlarini-baltalayan-emi-neden-olub
Oxunma sayı: 4261

Xəbər verdiyimiz kimi, Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki,1977-ci il təvəllüdlü şəxs (kişi) fevralın 3-ü saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

“Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.

Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiyon tədbirlərinə baxmayaraq, onun bu gün 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.

***

Hadisənin təfərrüatları məlum olub.

“Unikal”ın məlumatına görə, Ə.Nağıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən bașı üstə özünü yerə atıb.

Bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub, göstərilən tibbi yardımlara baxmayaraq Ə.Nağıyev bu gün müalicə olunduğu xəstəxanada ölüb.