Qatarlar həmin tarixdə iş günü qrafiki ilə fəaliyyət göstərəcək

qatarlar-hemin-tarixde-is-gunu-qrafiki-ile-fealiyyet-gosterecek
Oxunma sayı: 1631

ADY-nin şəhərətrafı qatarları 29 yanvarda iş günü qrafiki üzrə fəaliyyət göstərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycanda qeyri-iş günü elan olunub:

“Vətəndaşların həmin gün rahat hərəkətinin təmin edilməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun davam edəcək”.