Qaxdakı mikroavtobus qəzasında sürücü öldü - Foto

qaxdaki-mikroavtobus-qezasinda-surucu-oldu
Oxunma sayı: 1533

Qaxda baş verən qəzada bir nəfər ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonunun Əmbərcay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı mikroavtobus və “Vaz” markalı avtomobilin toqquşması nəticəsində “Vaz”ın sürücüsü Hətəmov Namiq Məhəmməd oğlu hadisə yerində ölüb.

Mikroavtobusda olan sərnişinlər xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov