Qazaxıstanı 40 min rusiyalı tərk edib

qazaxistani-40-min-rusiyali-terk-edib
Oxunma sayı: 5251

“Bir çox rusiyalı Qazaxıstanı digər ölkələrə getmək üçün tranzit ölkə olaraq istifadə edir”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan DİN-in nümayəndəsi Adil Sarsenov açıqlayıb.

Onun sözlərinə görə, son günlər ərzində Qazaxıstanı 40 min rusiyalı tərk edib.

Həmçinin qeyd olunub ki, minlərlə şəxs Qazaxıstan vasitəsilə Qırğızıstan və Özbəkistana gedib.

Bununla yanaşı, Qazaxıstanın əmək naziri Tamara Duysenova bildirib ki, cari ilin əvvəlindən Rusiyadan Qazaxıstana 260 mindən çox insan gəlib.