“Qəbələ” ilk oyununu evdə keçirəcək

qebele-ilk-oyununu-evde-kecirecek
Oxunma sayı: 658

Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Qəbələ”nin ilk oyunu “Bakcell Arena”da keçirəcəyi rəsmiləşib. “Qafqazinfo” xəbər verir ki, bu turnirdə iştirak edən digər iki Azərbaycan təmsilçisi “Zirə” və “İnter” ilk mərhələni adlasa belə, “qırmızı-qaralar” ilk matçı ölkəmizdə keçirəcək.

Buna səbəb “İnter” və “Zirə”nin ev oyunlarını eyni stadionda keçirməsidi. Hər iki komanda mərhələ adlayacağı təqdirdə məhz onlardan biri ilk oyunu Mərdəkanda, digəri isə səfərdə keçirəcək.

Qeyd edək ki, “Qəbələ” II təsnifat mərhələsində Polşa “Yaqelloniya”sı ilə Gürcüstanın “Dinamo” (Batumi) klubları arasında keçirilən görüşlərin qalibi ilə üz-üzə gələcək. İlk oyunda gürcülər evdə 0:1 məğlub olub. II təsnifat mərhələsində ilk oyunlar iyulun 13-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.