Qəbələdə ağır qəza, ölənlər var, biri polisdir - Yenilənib

qebelede-agir-qeza-olenler-var-biri-polisdir
Oxunma sayı: 5581

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Vəndam qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Tofaş” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri,1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. 

Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib.Digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov