Qəbələdə şok mənzərə - 250 qoyunu ildırım vurdu+Video

qebelede-sok-menzere
Oxunma sayı: 1186

Qəbələdə 250 qoyunu ildırım vurub. 

“Qafqazinfo” xezerxeber.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə rayonun Laza kəndində Yeddi sərpic dağının ətəyində baş verib. 

Yaylağa aparılan sürüyə ildırım düşüb, nəticədə qoyunlardan 250-si yerindəcə tələf olub. İldırımın şiddətindən çobanlar da bir müddət şok keçiriblər. 

Təxminən yarım saat sonra özlərinə gəldikdə isə acı mənzərənin şahidi olublar.