Qəbələdə vurulan piyada öldü

qebelede-vurulan-piyada-oldu
Oxunma sayı: 1617

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza Hacallı kəndi ərazisində qeydə alınıb. 

Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub. 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.