“Qələt edirlər, başlarını daşa döyürlər...” - Müşfiq Abbasov

qelet-edirler-baslarini-dasa-doyurler
Oxunma sayı: 19466

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov komandanın adının “Buta” ilə dəyişdirilməsi barədə yazılan tənqidlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Müşfiq Abbasov ölkə.az-a açıqlamasında onun başçılıq etdiyi KVN komandasını tənqid edənlərə çağırış edib:

“Hamısı qələt edirlər, başlarını daşa döyürlər. Qeyrətləri, namusları, bircə qram vətənpərvərlik hissləri varsa, bütün bu neqativ yazanların, müsahibə verənlərin şəxsiyyətli, şəxsiyyətsiz olanların namuslu, namussuz olanların fərqi yoxdur, hamısına çağırış edirəm. İnşallah, mart ayında 1/8 finalda Sankt-Peterburq şəhərində bizim birinci oyunumuz “Şuşa” adı ilə olacaq. Yenə də deyirəm, əgər onların şəxsiyyətləri varsa, oyunumuza bilet alıb gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar və şahid olsunlar ki, aparıcı bizi necə təqdim edəcək”.

Qeyd edək ki, M.Abbasov bundan əvvəl komandanın adının qaytarılması ilə bağlı şərt qoyduqlarını açıqlamışdı.

Həmçinin oxuyun: KVN komandası niyə “Şuşa” adını “Buta”ya dəyişib? - Müşfiq Abbasovdan açıqlama

Müşviq Abbasov yalan danışır? - Foto

Bu şəhərə hansı adla qayıdacaqsan?..