Qəzada ölən jurnalistin faciəsi- - Cəmi iki il...+Fotolar

qezada-olen-jurnalistin-faciesi-
Oxunma sayı: 8308


Bu gün Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəzada dünyasını dəyişənlərdən biri də jurnalistdir. 

“Qafqazinfo” xəbər verir ki, iki il öncə ailə quran "Türküstan" qəzetinin 28 yaşlı redaktoru Fuad Əbdülrəhmanlının həmkarları və dostları onun vaxtsız ölümünündən duyduqları kədəri sosial şəbəkələrdə də paylaşıblar. Qeyd edək ki, bir neçə gün əvvəl cütlük evliliklərinin ikinci ildönümünü qeyd ediblər.

Xatırladaq ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınanan qəzada Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi 99-DV-061 dövlət nömrə nişanlı “Merсedes” markalı minik maşını qarşı tərəfdən gələn 99-CS-488 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub.Hadisə nəticəsində sürücü Əlövsət İsmayılov və avtomobildəki 3 nəfər sərnişin hadisə yerindəcə dünyasını dəyişib.