Qəzaya uğrayan bu helikopter olub - Foto

Qəzaya uğrayan bu helikopter olub
Oxunma sayı: 7213

Xəbər verdiyimiz kimi, ötən gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya uğrayan Mi-17 tipli 20136 bort nömrəli helikopter bundan öncə Xəzər dənizində keçirilən taktiki təlimə cəlb olunmuşdu.

Sözügedən təlim cari ilin sentyabr ayının 13-dən 15-dək baş tutub.

Helikopterin həmin təlim zamanı lentə alınmış fotosunu təqdim edirik.

Emin Səfərov