Qırğızıstan Prezidenti istefa verdi

qirgizistan-prezidenti-istefa-verdi
Oxunma sayı: 3826

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat verib.

Prezident istefasını, müxalifət lideri Japarovun Baş Nazir təyin olunmasına baxmayaraq, etirazların səngiməməsi ilə əsaslandırıb. O, bu qərarı etirazların daha da şiddətlənməməsi üçün verdiyini bildirib.

“Hakimiyyəti əlimdə saxlamıram. Qırğızıstan tarixində qan tökən və öz vətəndaşlarına atəş açan Prezident kimi qalmaq istəmirəm. Buna görə istefa etmək qərarına gəldim. Japarovu və digər siyasətçiləri tərəfdarlarını ölkənin paytaxtından çəkməyə və Bişkek sakinlərinə dinc həyatı qaytarmağa çağırıram”,- deyə Jeenbekov qeyd edib.