“Qış Parkı”nın keçidində gecələyən qadınla bağlı - Rəsmi açıqlama

qis-parkinin-kecidinde-geceleyen-qadinla-bagli
Oxunma sayı: 3700

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov “Qış Parkı”nın keçidlərindən birində gecələyən qadınla bağlı məlumat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, agentlik rəsmisi bildirib ki, 1985-ci il təvəllüdlü Elmira (Ad şərtidir) adlı xanım barəsində məlumat əldə edilən andan Sosial Xidmətlər Agentliyinin əməkdaşları onun sığınacağa cəlbi üçün səfərbər olublar:

“Təəssüf ki, ilk cəhdlərdə sığınacağa gəlməsi barədə təklifimizi müxtəlif şəxsi səbəblərlə geri çevirdi. Ardından Elmiranın küçədə gecələməməsi üçün növbəti cəhdimiz onun ilk mərhələdə tibbi problemlərinin həlli üçün aidiyyəti tibb müəssisəsinə göndərilməsi ilə nəticələndi:

M.Həşimovun sözlərinə görə, müalicədən sonra Elmiranın sığınacağa gəlməsi üçün çalışacaqlar:

“Qapımız hər zaman açıqdır. Orada qaldığı müddətdə isə onun digər sosial ehtiyaclarının həlli üçün çalışacaq və iş imkanlarını araşdıracağıq”.