Qızılcadan ölən məktəbli ilə bağlı araşdırma aparılır

qizilcadan-olen-mektebli-ile-bagli-arasdirma-aparilir
Oxunma sayı: 2000

Ötən gecə Qaradağ rayonu Qobustan qəsəbəsində 12.07.2014-cü il təvəllüdlü Cahangirli Rinat Fərid oğlunun vəfatı ilə bağlı araşdırma aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

İlkin məlumata görə, R.Cahangirli bir neçə gün əvvəl qızılcaya yoluxub və ev şəraitində müalicəsinə başlanılıb. Ötən gecə Rinatın hərarəti kəskin yüksəldiyi üçün təcili tibbi yardım çağırılıb, lakin həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, Rinat Cahangirli 195 saylı orta məktəbin 4-cü sinif şagirdi olub.