Qohum evlilikləri qadağan oluna bilər? - Video

qohum-evlilikleri-qadagan-oluna-biler
Oxunma sayı: 2711

Qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması ciddi müzakirə olunur. Aparılan maarifləndirmə işlərinə baxmayaraq, yaxın qohumlar arasında nikahların hələ də olması bu addımı atmağa səbəb olur.

“Qafqazinfo” xəbər verir ki, mövzu ilə bağlı Xəzər Televiziyası süjet hazırlayıb.

Belə ki, sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, qohum evliliklərinin sayı artarsa, bu, genefondumuza və gələcəyimizə təsir edəcək. O bildirib ki, boşanmaların artdığı bir dövrdə qohum nikahları nəinki əlaqələri möhkəmləndirir, əksinə, qohumlar arasında düşmənçiliyə gətirib çıxara bilər.

Hüquqşünas Akif Əlizadə isə bildirib ki, qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahlara yol aça bilər. Bu, nikahın könüllülük prinsipinə zidddir.

Daha ətraflı videoda: