Qohumunun kartındakı pulu bu yolla ələ keçirdi

qohumunun-kartindaki-pulu-bu-yolla-ele-kecirdi
Oxunma sayı: 3027

Qohumunun müavinət kartındakı pulu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Yardımlı rayon sakini olan bir nəfərin bank kartından 350 manat oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Yardımlı Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini Ə.Təhməzli müəyyən edilərək saxlanılıb. Onun həmin bank kartına aid məlumatları əldə etdikdən sonra mobil tətbiq vasitəsilə hesabdakı pulu oğurladığı müəyyən edilib.

Araşdırmalar davam etdirilir.