Qubada torpaq sürüşməsi - Video

qubada-torpaq-surusmesi
Oxunma sayı: 2922

Quba rayonunda torpaq sürüşməsi qaz xəttini dayaqlardan yerə salıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfər bildirib ki, Quba rayonunun Afurca kəndində Vəlvələ çayının qırağı ilə gedən yolda torpaq sürüşməsi baş verib. Təqribən 30-40 metr hündürlükdən başlayan torpaq sürüşməsi zamanı ərazidən keçən 76 mm diametrində olan qaz xəttinin 100 metrə yaxın hissəsi dayaqlardan yerə düşüb. Qaz xəttində zədələnmə yoxdur, sızma müşahidə edilməyib və qaz təminatında fasilə yaranmayıb.

Qeyd edilən qaz xətti 35 fərdi yaşayış evinin təchizatına xidmət göstərir. “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsindən bildirilib ki, hazırda bərpa işləri aparılmaqdadır və torpaq sürüşməsi ehtimalı olan ərazilər nəzarətdə saxlanılıb.