Qubadan paylaşdığı fotolara görə tənqid olundu

qubadan-paylasdigi-fotolara-gore-tenqid-olundu
Oxunma sayı: 6655

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının sosial şəbəkədə paylaşdığı fotolar ictimai qınağa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, paytaxt başda olmaqla narıncı zonaya daxil olan bir çox rayonda vətəndaşlara evdən çıxma qadağası tətbiq olduğu bir zamanda Qubada “hiking” edən ÜST nümayəndəsi  həmin görüntüləri “gözəl Azərbaycan” şərhini yazaraq paylaşıb.

H. Harmancının istirahətdən paylaşdığı bu fotolar xeyli müzakirə olunub. Sosial şəbəkə istifadəçiləri qurum nümayəndəsini Bakıda tətbiq olunan sərt karantin rejimində rayonda istirahət etməsini sərt tənqid edib.

Qeyd edək ki, H. Harmancı tənqidlərdən sonra instagramda hamıya açıq olan səhifəsini bağlayıb.