Qurban Qurbanovun oğlu cəzalandı

qurban-qurbanovun-oglu-cezalandi
Oxunma sayı: 4047

AFFA İntizam Komitəsi aşağı yaş qruplarında baş verən hadisələrə də hüquqi qiymət verib.

Qafqazinfo” xəbər verir ki, U-16 Liqasının “Neftçi” ilə matçının 75-ci dəqiqəsində “Əlincə”nin baş məşqçisi Vasif Haqverdiyev hakimlər briqadasını təhqir edib. Federasiya buna görə baş məşqçiyə 5 oyunluq cəza verib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı cəzalanıb. O, aqressiv oyuna görə qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzaya məhkum olub.

U-16 Liqasının “Əlincə” - “Neftçi” matçının 75-ci dəqiqəsində “Əlincə”nin baş məşqçisi Vasif Haqverdiyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

U-14 Liqasında “Kəpəz” - “Neftçi” matçının 18-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Musa Qurbanlı və “Kəpəz”in futbolçusu Nemət Musayev bir-birinə qarşı aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 1 oyun cəzalanıb. Oyunun 56-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Hüseyn Ələsgərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının “Ağdam” - “Qarabağ Veteranları” matçının 35-ci dəqiqəsində “Ağdam”ın futbolçusu Səbuhi Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin “Nəbi” FK - İFFA matçında klubu iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının “Nəbi” FK – FHN matçının 24-cü dəqiqəsində FHN klubunun rəhbəri Toğrul Mehdiyev hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

Azərbaycan Həvəskarlar liqasının “Qobustan” - “Vətən RİOEUGEM” matçının 75-ci dəqiqəsində “Vətən RİOEUGEM” klubunun futbolçuları meydanı tərk etdiklərinə görə kluba texniki məğlubiyyət verilib, hesab olduğu kimi saxlanılıb.