Qusarda itkin düşən şəxs öldürülübmüş...

qusarda-itkin-dusen-sexs-oldurulubmus
Oxunma sayı: 3042

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, itkin düşən 33 yaşlı Sadirov Malik Sadir oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti Qusar-Şahdağ yolunun Xuray kəndi ərazisindən keçən hissəsində, Qusar çayı sahilindəki yamacda aşkar edilib.

Aparılan ilkin əməliyyat axtarış tədbirləri nəticəsində M.Sadirovun martın 20-də Qubanın Alpan kəndində intihar edən həmkəndlisi, Əniğ  kənd sakini, 1996-cı il təvəllüdlü Vəliyev Malik Məlik oğlu tərəfindən qətlə yetirildiyi ehtimal olunur.

Qeyd edək ki, M.Sadirov martın 17-dən itkin düşmüş hesab olunurdu.

Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. 

Emin Kərimov