“Park Qusar” hoteldə yanğın - 4 nəfər öldü

park-qusar-hotelde-yangin
Oxunma sayı: 41764

Qusarda 4 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında hotel ərazisindəki koteclərdən birində qeydə alınıb.

Yanğın zamanı 4 nəfər - Babayev Emin, Babayev Rauf və Babayeva Zülfiyyə (bir ailənin üzvü) və Dadaşov Rüstəm adlı şəxslər ölüb. Digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.

Polis əməkdaşlarının keçirdiyi təhlükəsizlik tədbirləri nəticəsində faciənin miqyasının genişlənməsinin qarşısı alınıb.

Hadisə yerinə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.

***

Əldə etdiyimiz məlumata görə hadisə Qusarda yerləşən tanınmış "Park Qusar" hotelində baş verib.

Amin Nəzərli