Rasim Məmmədovun vətəndaşın üzünə tüpürdüyü video yayıldı

rasim-memmedovun-vetendasin-uzune-tupurduyu-video-yayildi
Oxunma sayı: 12712

Bu gün polis tərəfindən tutulan və saxlanıldığı zaman əməliyyat görüntüləri yayılan Rasim Məmmədovun daha bir videosu üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, videogörüntülərdə Rasim Məmmədovun bir nəfəri təhqir edərək üzünə tüpürdüyü əks olunub. Həmin şəxsin kimliyi açıqlanmasa da, sosial şəbəkələrdə qazilər təhqir olunan adamın Birinci Qarabağ müharibəsi veteranı olduğunu qeyd ediblər.

Rəsmi açıqlamaya görə, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyərək çölə çıxmasını tələb edib. R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb. Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.