“Rauf Əliyev ulduz deyil” - “Kukes”inin baş məşqçisi

rauf-eliyev-ulduz-deyil
Oxunma sayı: 1637

Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Mladen Milinkoviç azərbaycanlı futbolçusu Rauf Əliyev haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, 49 yaşlı serbiyalı mütəxəssis millimizin hücumçusunun komandasına ulduz futbolçu kimi gəlmədiyini bildirib:
 
"Rauf Əliyev komandaya ulduz futbolçu kimi gəlməyib. Amma o, doğrudan yaxşı oyunçudur. Bizim komandada ulduzlar yoxdur, meydanda mübarizə aparan, komanda üçün can qoyan futbolçular var. Rauf da onlardan biridir. Fikrimcə, o tezliklə ilk qolunu vuracaq və davamı olacaq".