“Razılaşmalar bölgədə son siyasi nizamlanma üçün kifayət edir” - KTMT

razilasmalar-bolgede-son-siyasi-nizamlanma-ucun-kifayet-edir
Oxunma sayı: 1692

“Qarabağla bağlı razılaşmalar bölgədə son siyasi nizamlanma üçün kifayət edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi general-polkovnik Anatoli Sidorov deyib.

“Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatları dayandırmaq mümkün oldu. İndiyə qədər əldə olunan razılaşmalar Dağlıq Qarabağ ətrafında böhranın siyasi yolla nizamlanması üçün lazımi şərtlərin formalaşmasına tövhə verir”, - deyə Sidorov qeyd edib.

Onun sözlərinə görə, 2021 -ci ilin may ayından etibarən atəşkəsin vaxtaşırı pozulmasına baxmayaraq, hazırda tərəflər arasında konstruktiv dialoqun qurulması istiqamətində davamlı tendensiya müşahidə edilir.