“Real” 35-ci çempionluğunu qazandı

real-35-ci-cempionlugunu-qazandi
Oxunma sayı: 2961

İspaniya La Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Madrid “Real”ı 34-cü turda “Espanyol”u 4:0 hesabı ilə darmadağın edərək çempionluğu vaxtından əvvəl rəsmiləşdirib.

Bu, Karlo Ançelottinin komandasının tarixində 35-ci çempionluğu olub.

“Real” - “Espanyol” - 4:0
Qollar: Rodriqo, 34, 44, Asensio, 56, Benzema, 81