“Real” Modriçlə müqaviləni uzatdı

real-modricle-muqavileni-uzatdi
Oxunma sayı: 2046

“Real” futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında bildirib. 

Qeyd edilib ki, 38 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 illik nəzərdə tutulub. 

Beləliklə, xorvatiyalı oyunçu 2024/2025 mövsümündə də Madrid təmsilçisində oynayacaq.

Xatırladaq ki, Modriç 2012-ci ildən “Real”da çıxış edir.