“Real” vahid lider oldu - Video

real-vahid-lider-oldu
Oxunma sayı: 1628

İspaniya La Liqasının 32-ci turunda “Real” səfərdə “Espanyol”a 1:0 hesabı ilə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, Madrid təmsilçisinin yeganə qolunu 45-ci dəqiqədə Kasemiro vurub. 

Bu qələbə ilə xalını 71-ə yüksəldən “kral klubu” vahid lider olub. “Barselona” 69 xalla 2-ci, “Atletiko” 58 xalla 3-cüdür.