SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanov vəzifəsindən azad olunub.
“Qafqazinfo”nun məlumatına görə, o yaş ilə əlaqədar təqaüdə çıxıb. Onun yerinə isə “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov təyin olunub.
Qeyd edək ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər