Rəisi sabah Pakistana gedəcək

reisi-sabah-pakistana-gedecek
Oxunma sayı: 1181

İran Prezidenti İbrahim Rəisi aprelin 22-24-də Pakistana rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi “X” səhifəsində məlumat yayıb.

Məlumata görə, Rəisini xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər hökumət üzvlərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti və biznes nümayəndələri müşayiət edəcək.

Səfər çərçivəsində İran Prezidentinin pakistanlı həmkarı Asif Əli Zərdari və Baş nazir Şahbaz Şəriflə görüşəcəyi bildirilib.