Rekordu ilə tarixə düşdü - Video

rekordu-ile-tarixe-dusdu
Oxunma sayı: 3570

Britaniyalı müğənni Ed Şiranın “Shape of You” mahnısı tarixdə ilk dəfə “Spotify”da 3 milyard dəfə dinlənilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçının özü instaqram hesabında məlumat verib.

Rekord dekabrın 22-də qeydə alınıb. Şiran bu nəticəni “tamamilə ağlasığmaz” adlandırıb.

Qeyd edək ki, “Shape of You” Şiranın 2017-ci ildə işıq üzü görmüş “÷” (Divide) adlı üçüncü studiya albomuna daxildir.

Müğənninin rəsmi yutub kanalında mahnının klipi 5,5 milyarddan çox izlənilib.