Rəsmi Bakı İrəvanla danışıqlar üçün komissiyanın tərkibini formalaşdırıb

resmi-baki-irevanla-danisiqlar-ucun-komissiyanin-terkibini-formalasdirib
Oxunma sayı: 1372

Azərbaycan Ermənistanla sülh sazişinin hazırlanması üzrə nümayəndə heyətinin və sərhədlərin delimitasiya və demarkasiyası üzrə milli komissiyasının tərkibini müəyyənləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov bu gün MDB-yə üzv ölkələrin Hökumət Başçılarının Şurasının iclasında çıxışı zamanı bildirib.

O, həmçinin vurğulayıb ki, rəsmi Bakı İrəvandan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı çərçivəsində götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirilməsini gözləyir.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün açıqlama verərək Ermənistanın komissiyanın tərkibini formalaşdırdığını açıqlamışdı.

Eldar Tanrıverdi