Robbi Kin bu kluba baş məşqçi təyin olundu

robbi-kin-bu-kluba-bas-mesqci-teyin-olundu
Oxunma sayı: 1779

İrlandiya millisində çıxış etmiş İngiltərənin “Liverpul” və “Tottenhem” klublarının sabiq hücumçusu Robbi Kin Macarıstan təmsilçisi “Ferentsvaroş”un baş məşqçisi təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “ağ-yaşıllar”ın mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssis bu postda ötən ildən komandaya rəhbərlik edən Paskal Yanseni əvəzləyib.

Kin son olaraq İsrailin “Makkabi” klubunu çalışdırıb.