Ronaldo Bakıya gəlir

ronaldo-bakiya-gelir
Oxunma sayı: 650

Lakin portuqalların artıq həmin oyun üçün planları indidən bəllidir. Belə ki, Kristiano Ronaldo və komanda yoldaşları Azərbaycan paytaxtına martın 23-də təşrif buyuracaqlar.

“Bakı”nın vitse-prezidenti Yaşar Seyidovdan aldığımız məlumata görə, Portuqaliya yığması oyuna qədər məhz paytaxt klubunun təlim-məşq bazasında hazırlıq keçəcək: “Sabah Portuqaliya Futbol Federasiyasının rəsmiləri gəlməlidirlər. Onlar “Bakı”nın bazasına yenidən baxmaq istəyirlər. AFFA-da da bundan xəbərdardırlar. Portuqallar martın 23-də və 24-də bazamızda məşq etməyi planlaşdırırlar. Ayın 25-də isə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqləri olacaq”