Rostov AES-də buxar sızması oldu, enerji bloku dayandırıldı

rostov-aes-de-buxar-sizmasi-oldu-enerji-bloku-dayandirildi
Oxunma sayı: 1092

Rusiyanın Rostov şəhərində yerləşən Atom Elektrik Stansiyasında (AES) buxar sızması olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, sızma səbəbindən AES-in ikinci enerji bloku dayandırılıb.

Məlumata əsasən, enerji bloku təmir üçün dayandırılıb. Həmçinin qeyd olunur ki, radiasiya fonu qaydalar çərçivəsindədir.