Rövnəq Abdullayev Lordlar Palatasında çıxış etdi

rovneq-abdullayev-lordlar-palatasinda-cixis-etdi
Oxunma sayı: 646

“Qafqazinfo” “AzərTac”a istinadəən xəbər verir ki, çıxış Lordlar Palatasının “Peers Dining Room” salonunda olub.

Qonaqları lord Şeyx və energetika və iqlim dəyişmələri üzrə dövlət katibi Con Hays salamlayıb. Lord Şeyx bu ilin iyununda Azərbaycana səfəri və bu yaxınlarda Azərbaycana dair müzakirələr zamanı parlamentin üzvləri qarşısında çıxışı barədə qısa məlumat verib.

O, ARDNŞ-in regionda enerji sabitliyinin əsası və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi siyasətində mühüm tərəfdaş adlandırıb. Con Hays dünya neft-qaz bazarında son dəyişikliklər və həmin bazarın konyunkturasının dəyişməsində Xəzər regionunun rolu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, Xəzər regionundan Avropaya artıq çəkilmiş və işə salınan, habelə layihələndirilən boru kəmərlərinin böyük əhəmiyyəti vardır. C.Hays bildirib ki, o Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatının ən iri investoru olmasından qürur duyur.

Daha sonra sözARDNŞ-in prezidenti Rövnəq Abdullayevə verilib.
R.Abdullayev ARDNŞ-in regional və qlobal əhəmiyyətli neft-qaz layihələri çərçivəsində gördüyü işlər, əldə etdiyi uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Azərbaycanın mühüm neft və qaz ixracçısı kimi dünya iqtisadiyyatındakı mövqeyinə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola toxunan R. Abdullayev ARDNŞ-in bu istiqamətdə gördüyü işlərdən, qaz mənbələrinin və qazın nəqlinin şaxələndirilməsi məqsədi ilə gerçəkləşdirilən layihələrdən, o cümlədən Transanadolu qaz kəmərindən (TANAP) danışıb.

Sonra Rövnəq Abdullayev iştirakçıların suallarına cavab verib.
Sonda çıxış edən lord Lizbi gecədə iştirak etdiklərinə görə qonaqlara minnətdarlığını bildirərək xatırladıb ki, Azərbaycan çox mürəkkəb bir geosiyasi əhatədə siyasi və iqtisadi sabitliyi qoruyub saxlaya bilmişdir ki, bu da heç şübhəsiz, heyranlıq hissi doğurur.

Qeyd edəkki, qonaqlar arasında Britaniya Parlamentinin üzvləri ilə yanaşı, nüfuzlu siyasətçilər, işgüzar dairələrin, diplomatik korpusun nümayəndələri, Aİ dövlətlərinin aparıcı beyin mərkəzlərinin rəhbərləri olub.