Ruhidən oğlanları ilə bağlı - Açıqlama

ruhiden-oglanlari-ile-bagli
Oxunma sayı: 10044

Biznes-ledi Ruhi Əliyeva övladlarından bəhs edib. “Qafqazinfo”nun məlumatına görə, Ruhi “10lar” verilişinə açıqlamasında bildirib ki, övladlarına görə sənətə qayıtmayacaq:

“Övladlarım əkiz olduğu üçün narahat idim, əsəb keçirirdim, həkimlərə müraciət edirdim. Əkiz uşaqlar problemli olur. Düşünürdüm ki, oğullarımdan birində vitamin çatışmazlığı olar. Həkimlər bildirdi ki, hər şey normaldır. Həsən Məhəmməddən daha aktiv olsa da, Məhəmməd hazırda onu geridə qoyub, çox danışır, suallar verir. Artıq 4 yaşları olacaq, amma özlərini 6-7 yaşlı uşaqlar kimi aparırlar. Uşaqlarıma görə efirdən uzağam, onların qayğısına qalıram, səhnəyə qayıtmayacam. 18-25 yaşımda ana olmamışam, analığı dərk edəndə ana olmuşam. İstəmirəm böyüyəndə onlara az vaxt ayırdığımı düşünsünlər. Tam fərqli uşaqlardı, bir-birinin əksini edirlər. Qız anası olmağı heç vaxt istəməmişəm. Qızın məsuliyyəti çoxdur, o məsuliyyəti üzərimə götürmək istəmirəm”.

Könül