Runi istefa verdi

runi-istefa-verdi
Oxunma sayı: 2388

"Derbi Kaunti"nin baş məşqçisi Ueyn Runi istefa verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

36 yaşlı mütəxəssis öz istəyi ilə vəzifəsindən kənarlaşdırılmağı klub rəhbərliyindən istəyib.

Qeyd edək ki, Runi 2020-ci ilin noyabrında "Derbi Kaunti"ni çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən mövsüm Çempinşipi tərk edib. 

Xatırladaq ki, 2021/2022 mövsümündə "Derbi Kaunti"də ciddi maliyyə problemləri yaşanıb.