Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçirlər

Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçirlər
Oxunma sayı: 1638

Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrinin müdafiəsi ilə bağlı mütəmadi təlimlər keçirirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

“Rus hərbçiləri Dağlıq Qarabağdakı müşahidə məntəqələrində xidmət edərkən mütəmadi olaraq antiterror təlimi keçirlər”,- deyə açıqlamada bildirilib.

Həmçinin qeyd olunub ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin müşahidə məntəqələrinin hərbçilərinin atıcı silahlardan və qəlpələrdən qorunması üçün yoxlama məntəqələri blokpostlarla təchiz olunub.