Rusiya “Google”u cərimələdi

rusiya-googleu-cerimeledi
Oxunma sayı: 1281

Rusiyada məhkəmə “Google”u 4 milyon rubl (təxminən 44 min dollar) cərimələyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Google”a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Məhkəmə “YouTube”da bəzi qadağan olunmuş məzmunlara girişin bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və “Google”u 4 milyon rubl məbləğində cərimə ödəməyə məcbur edib.

Qeyd edək ki, “Google” əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.